Dəhşətli etiraf: - "Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar" | Eurasia Diary - ednews.net

23 Fevral,


Dəhşətli etiraf: - "Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar"

Cəmiyyət A- A A+

Türkiyədə bakteriyalaşmış toyuq ətindən dönər hazırlanır.

Eurasia Diary Sputnik Türkiyənin verdiyi xəbərə istinadən bildirir ki, Türkiyədə vaxtı keçmiş, bakteriyalaşmış toyuq ətini xlorla yuyub, ondan dönər hazırlayırlar.

Bu barədə Beynəlxalq Dönər Federasiyasının (UDOFED) başçısı Mehmet Mərcan danışıb.

“Ucuz qiymətə satılan, istifadə vaxtı keçmiş məhsullar nəzarət olunmazsa,  insanların sağlamlığına ciddi zərər yetirir. Ucuz qiymətə dönər növbəsinə dayanan vətəndaşlar daha sonra həkim növbəsinə dayanacaqlar”, - o qeyd edib.

O, bu halın qarşısını almaq üçün tədbir görüləcəyini deyib:

“12 saat xidmət göstərən dönərxanalarda altı saatdan bir ət dəyişdiriləcək. Çünki 12 saat şişə keçirilərək bişən ətdə bakteriyalar çoxalır və bu da xəstəliklərə səbəb olur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...