2020-ci il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlandı | Eurasia Diary - ednews.net

23 Fevral,


2020-ci il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlandı

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2020-ci il üçün özünüməşğulluq proqramı üzrə təlimlərə başlayıb.
 
Eurasia Diary-nin Nazirliyin rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, ilkin mərhələdə təlimlər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda təşkil edilib. Bir aylıq təlim müddətində iştirakçılara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.
 
Təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. 
 
Yaxın günlərdə bölgələrdə də özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...