BDU-da İctimai Şuranın geniş tərkibdə iclası keçirilib - FOTOLAR | Eurasia Diary - ednews.net

23 Fevral,


BDU-da İctimai Şuranın geniş tərkibdə iclası keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+

Bu gün Bakı Dövlət Universitetində (BDU) media nümayəndələri və təhsil ekspertlərinin iştirakı ilə iclas keçirilib və imtahan prosesi izlənilib.

Eurasia Diary xəbər verir ki, tədbirdə BDU-nun rektoru Elçin Babayev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti və Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, eləcə də media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak ediblər.
 
 
BDU-nun rektoru Elçin Babayev imtahan prosesi və universitetdə baş verən yeniliklər barədə məlumat verib.
 
 
O, bildirib ki, universitetdə bir çox istiqamətdə işlər gedir: "Böyük sürətlə universitetin elektronlaşdırılmasına başlanılıb. BDU bu məsələdə bir az geciksə də, artıq bu prosesə start verilib. Böyük üstünlük ondadır ki, proses bizim tələbə və müəllimlərin istirakı ilə həyata keçirilir. Bu məsələ üçün müəyyən maliyyə vəsaiti ayırsaq da, üstünlüyümüz kadrların hazırlanmasıdır. Bu sahədə bizim böyük potensialı olan iki böyük fakültəmiz var ki, onların imkanlarından istifadə edəcəyik''.
 
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, universitetin inkişafı üçün rəqəmsallaşdırma lazımdır: "Universitetin reytinq cədvəllərində daha da irəliləməsi üçün yataqxanasınının olması vacibdir. İnanırıq ki, BDU öz işləri ilə Azərbaycan elminə şöhrət gətirəcək".
 
Sonra bir neçə otaqda imtahan prosesi izlənilib.
 
 
Daha sonra imtahan qərargahında qərargahın rəhbəri Elşad Qurbanov imtahan nəticələrinin yoxlanılması barədə məlumat verib.
 
O bildirib ki, imtahanlar başlayandan bu günə qədər 600-ə yaxın tələbə tərəfindən qərargaha şikayət daxil olub və bu şikayətlər araşdırılıb.

report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...