Bakı məktəbində qızları oğurlayan qadın peyda olub? - RƏSMİ AÇIQLAMA | Eurasia Diary - ednews.net

28 Fevral, Cümə


Bakı məktəbində qızları oğurlayan qadın peyda olub? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət A- A A+

Polis araşdırmalara başlayıb

Bakı məktəbində uşaqları oğurlayan qadın peyda olması barədə iddialar var.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.

İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbinin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.

Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.

"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.

P.S. Qadının cinayət etdiyi təsdiqlənmədiyindən fotoda onun üzünü açıq göstərmirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...