Əmək veteranı adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir. Əmək veteranı adı və vəsiqəsi verilməsi üçün vətəndaşlar aşağıda qeyd olunmuş təsdiqedici sənədlərlə:
- iş yerinə;
- əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə;
- şəxsin işlədiyi müəssisə ləğv edilmiş olduqda və ya iş yeri qeyri-dövlət müəssisəsi olduqda isə vətəndaş DOST mərkəzlərinə müraciət edə bilər.
Xidmətdən yararlanmaq istəyən Yasamal və Səbail rayon sakinləri 1 saylı Bakı DOST Mərkəzinə, Xəzər və Pirallahı rayonlarının sakinləri isə 2 saylı Bakı DOST Mərkəzinə müraciət edə bilər.
Çağrı mərkəzi: 142
Ünvan: 1 saylı Bakı DOST Mərkəzi: Yasamal rayonu, İ. Qutqaşınlı 86 / 2 saylı Bakı DOST Mərkəzi: Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım 30B