AzTU-da yeni təyinat | Eurasia Diary - ednews.net

28 Fevral, Cümə


AzTU-da yeni təyinat

Cəmiyyət A- A A+

Azərbaycan Texniki Universitetində (AzTU) yeni təyinat olub.

Ali təhsil müəssisəsindən verilən məlumata görə, texnika elmləri namizədi, dosent Malik Qarayev Magistratura və doktorantura şöbəsinə müdir təyin olunub.

Malik Qarayev 1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutunu) fərqlənmə diplomu ilə bitirib. O, yeni təyinata qədər Fövqəladə Hallar Nazirliyi Akademiyasının Tədris şöbəsinin rəisi vəzifəsində çalışıb. Əmək fəaliyyətini AzTU-nun Maşınqayırma texnologiyası kafedrasının dosenti vəzifəsində davam etdirib.

Qeyd edək ki, şöbənin əvvəlki müdiri Elçin Rzayev universitetdə keçirilən dekan seçkisində iştirak edərək Xüsusi texnika və texnologiya fakültəsinin dekanı seçilib. O vaxtdan Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsi vakant olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...