Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Cəmiyyət 20:36 24.01.2020

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Tədbir zamanı gündəlik səsə qoyularaq qəbul edilib. 

Eurasia Diary xəbəbr verir ki, ilk olaraq MŞ-nin 2020-ci il üçün iş planı müzakirə edilib. Planda Şuranın Nizamnamə tələblərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyətin konkret məqamları əksini tapıb. Bunlar başlıca olaraq komissiyaların və İdarə Heyətinin iclaslarının keçirilməsindən ibarətdir. Eyni zamanda təqvimdəki əlamətdar günlərlə bağlı toplantıların təşkili də planda əsas yer tutub. İH üzvləri milli mətbuatımızın 145 illik yubileyinə hazırlıq məsələləri üzərində də dayanıblar. Bildirilib ki, mövcud istiqamətdə ayrıca fəaliyyət planının hazırlanmasına ehtiyac var. Həmin plana nəinki ölkəmizdə, habelə mətbuat tariximiz baxımından mühüm əhəmiyyət daşıyan xarici ölkələrdə tədbirlərin təşkili barədə müddəaların əlavə edilməsi məqbul qiymətləndirilib. Müzakirələrdən sonra MŞ-nin 2020-ci il üçün iş planı təsdiqlənib. 

İclasda MŞ sədri Əflatun Amaşov tərəfindən İH üzvlərinə Şuranın 2019-cu ildəki fəaliyyətinin ayrı-ayrı tərəfləri barədə də məlumat verilib. Şura sədri bildirib ki, hesabat cəmiyyətə açıqlanıb. İH üzvləri verilən məlumatı məqbul qiymətləndiriblər. Onlar prosedur qaydalara uyğun olaraq reallaşdırılacaq fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də səsləndiriblər. 

İclasda MŞ-nin “qara siyahı”sı ilə bağlı məsələ də müzakirə edilib. Bildirilib ki, “qara siyahı”nın tətbiq edilməsi jurnalistikadan sui-istifadə hallarına qarşı tutarlı ictimai qınaq tədbiridir. Orada yer alan kütləvi informasiya vasitələrinin işində peşə prinsiplərinə zidd hallar olub. “Qara siyahı”nın cəmiyyətdə doğurduğu effekt isə onu deməyə əsas verir ki, Şuranın bu tədbiri lazımlı idi. 

İH üzvləri eyni zamanda onu da nəzərə alıblar ki, məlum siyahıda yer alan KİV-lərin əksər hissəsi çap mediasıdır və onlar hazırda ya fəaliyyətlərini davam etdirmir, ya da barələrində şikayətlər daxil olmur. Elə media qurumları da var ki, həmin siyahıdan çıxmaq üçün Şuraya müraciətlər ünvanlayıblar və bu məqama həssas yanaşılmalıdır. Həssas yanaşılmalı məqamlardan biri də MŞ-nin missiyası ilə bağlıdır. Bu missiya media orqanlarının həm işlərinə məsuliyyətlə yanaşmalarını təmin etməyə, həm də yol verdikləri nöqsanlardan nəticə çıxararaq fəaliyyətlərinə davam etmələrinə şərait yaratmağa, reabilitasiya imkanlarının dəyərləndirilməsinə köklənib. Belə bir istək MŞ-yə ünvanlanmış müraciətlərdə əksini tapıb. Şuranın müxtəlif KİV-lərlə əlaqədar araşdırmaları da onların işlərində dönüş yaratdıqlarını deməyə əsas verir. Buna görə də “qara siyahı”dakı media orqanlarının adlarının həmin siyahıdan çıxarılmasına ehtiyac yaranıb. Məsələ müzakirə edildikdən sonra qəbul edilib.

İclasda o da bildirilib ki, internet informasiya resurslarının sayının sürətlə artdığı hazırkı şərait üçün yeni yanaşmalar tələb olunmaqdadır. Məsələyə münasibətdə daha adekvat mexanizmlərin seçilməsi vacibdir. Bununla bağlı təkliflər verilməsi üçün iş aparılması məqbul sayılıb. 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı