Aprel Şəhidi Emin Bağırovun atası İmran Bağırov bildirib ki, oğlunun qəhrəmancasına şəhid olmağına baxmayaraq 444 saylı kəşfiyyat pulu və 5 illik maaşı hələ də ailəsinə ödənilməyib.
Eurasia Diary-nin məlumatına görə, Şəhid atası səhhətində yaranmış problemlərə görə iş qabiliyyətini itirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı Bağırov Emin İmran oğlu, 2016-cı ilin aprelin 4-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olmuşdur. O zaman onun cəmi 19 yaşı vardı. Ölümündən sonra Prezidentin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.