Yol polisi sürücüləri "tələ"yə salır? - RƏSMİ AÇIQLAMA - VİDEO | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə


Yol polisi sürücüləri "tələ"yə salır? - RƏSMİ AÇIQLAMA - VİDEO

Cəmiyyət A- A A+

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisi əməkdaşlarının sürücüləri saxlaması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

Eurasia Diary-nin Report-a istinadən məlumatına görə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Bu videogörüntü ilə bağlı tərəfimizdən araşdırmalara başlanılıb. Biz hazırda bilmirik ki, həmin polis əməkdaşı nə səbəbə görə sürücüləri saxlayır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzinin yanındakı dairədə yol polisinin sürücülərə "tələ qurması" ilə bağlı videogörüntü yayılıb. Görüntünü qeydə alan sürücü iddia edir ki, həmin ərazidə xidmət aparan yol polisləri patrul avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edərək onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...