Ötən gün axşam saatlarından başlayan güclü külək Bakının Binəqədi rayonunda az qalsın faciəyə səbəb olacaqdı.
Eurasia Diary xəbər verir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, Biləcəri qəsəbəsində ağac aşıb.
Hadisə 297 saylı orta məktəbin qarşısında baş verib.Ağacın aşması zamanı uşaqlar xəsarət almaqdan son anda xilas olublar. Elektrik xətləri dağılıb.
Hadisənin görüntülərini təqdim edirik.(bakuws)