Bakıda qaz sızmasından partlayış baş verib.
Eurasia Diary-nin report-a istinadən verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.
İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb.
Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.