Növbədənkənar parlament seçkiləri münasibətilə, meksikalı deputat, Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Aqustin Qarsiya Rubio Bakıda səfərdədir. 9 fevral tarixində keçiriləcək seçkiləri müşahidə etməkdən əlavə, müxtəlif sektorlarda əməkdaşlıq perspektivlərini və hər iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətini müzakirə etmək məqsədilə deputatın bir sıra rəsmi görüşləri nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Meksika ilə Azərbaycan arasında diplomatik əlaqələr 10 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan və Meksikanın diplomatik nümayəndəlikləri müvafiq olaraq 2007-ci və 2014-cü illərdə fəaliyyətlərini başlamışdır. Parlamentlərarası əlaqələr, öz növbəsində, ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu xüsusda, hər iki Dövlətin qanunverici orqanları çərçivəsində fəaliyyət göstərən müvafiq Parlamentlərarası İşçi Qrupların rolu qeyd olunur.