Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il elektron xidmətlərin sayını 91-ə çatdıracaq

Cəmiyyət 16:17 08.02.2020
Dövlət xidmətləri sahəsində elektron texnologiyaların geniş tətbiqi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq tapşırıqları sosial sahədə uğurla icra olunur və əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin elektron infrastrukturunun qurulması, həmin sahələrdə innovativ yeniliklər olaraq proaktiv xidmətlərin yaradılması sahəsində mühüm addımlar atılır. Vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması sahəsində mühüm rol oynayır.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov deyib.
 
Həmsöhbətimiz nazirliyin e-sosial internet portalının əhəmiyyətindən də bəhs edib: “Keçən il ərzində elektron xidmətlərin genişləndirilməsi və innovasiyaların tətbiqi sahəsində nazirlik tərəfindən geniş həcmli işlər həyata keçirilib. Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında dövlət başçısının 2018-ci il sentyabrın 5-də verdiyi Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “e-sosial” portalı 16 elektron altsistemi və 2 reyestri özündə birləşdirir. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış imkanı yaradıb. Həmin portal vasitəsilə vətəndaş özü barədə toplanmış məlumatları daimi izləyə bilir, yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə ictimai nəzarəti həyata keçirir. Portal vətəndaşa nazirlik tərəfindən təqdim olunan 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verir. Portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərirdi. Ötən il dekabrın 10-dan İOS əməliyyat sistemi üçün tətbiqi də istifadəyə verilib. Bu da vətəndaşların “e-sosial” internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına şərait yaradır. “E-sosial” portalın aktiv istifadəçi sayı ötən ilin axırlarında 150 minə, portala baxış sayı isə 1 milyon 700 minə çatıb”.
 
O, dövlət başçısının təşəbbüsü ilə 2019-cu ilin əvvəlindən həyata keçirilən “İşsizin dostu” proqramı haqqında da məlumat verib: “Proqram çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu sahədə də ictimai açıqlığın təmin edilməsi üçün həmin proqram çərçivəsində işlə təmin olunan vətəndaşların siyahısı nazirliyin sosial.gov.az saytında yerləşdirilib. Sayta daxil olan hər kəs proqram iştirakçılarının siyahısı ilə tanış ola bilər. Siyahı rayon və şəhərlərin hər biri üzrə ayrı-ayrılıqda təqdim edilir. Eləcə də özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslərin siyahısı “e-sosial” portalında yerləşdirilib. Portal nazirliyin rəsmi saytına da inteqrasiya edilib. Burada hər bir iştirakçının proqrama cəlb edilməsindən sonrakı mərhələlər, biznes-planının həyata keçirilməsi üçün bağlanılmış müqavilə, iştirakçıya aktivlərin təhvil verilməsinə dair akt, verilmiş aktivlərin sayı barədə məlumat yerləşdirilib. Proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı onun razılığı və özünün iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini əks etdirən video və fotomateriallar da məlumat bazasında təqdim edilir. İştirakçıların siyahısı üzrə onların şəxsi kabinetləri ardıcıllıqla sıralanır, eyni zamanda, hər hansı konkret iştirakçının kabinetini tapmaq üçün səhifənin yuxarı hissəsində müəyyən parametrlər üzrə axtarış imkanı yaradılıb. Özünüməşğulluq proqramının icrası, proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai aşkarlığının təmin edilməsi nəticəsində həm proqramın icra vəziyyətinə, həm də iştirakçılara verilmiş aktivlərdən istifadənin gedişinə nəzarətin təmin edilməsi, həmin aktivlərin kəmiyyəti və keyfiyyəti barədə istənilən vaxt məlumat əldə etmək mümkündür”.
 
Şöbə müdiri ötən il elektron sistemə keçirilən “Məşğulluq” altsisteminin üstünlüklərini də diqqətə çatdırıb: “Məşğulluq” alt sisteminin məqsədi dövlət məşğulluq xidmətlərinin real vaxt rejimində çevikliyinin təmin edilməsi, əmək bazarı iştirakçıları üçün əlçatanlığının və effektivliyinin, ümumən əmək bazarında rolunun artırılmasıdır. İşsiz və işaxtaranlar “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə altsistemdə qeydiyyatdan keçərək altsistemdə “İşaxtaranlar” pəncərəsini açırlar. Müraciət bölməsində FİN kodu yazaraq şəxsi kabinet yaradır. “Fərdi məşğulluq” bölməsində “Vakansiya bankı” ilə tanış olaraq, peşəyə, əmək bacarığına uyğun vakansiya seçilir. İşəgötürənlər isə e-sosial.az ünvanına daxil olaraq “e-xidmətlər” bölməsindən “Yeni iş yeri və boşalan iş yeri (vakansiya) barədə məlumatların təqdim edilməsi” e-xidməti seçilir. “Vakansiyalar” bölməsindəki “Yeni vakansiya” altbölməsində vakant iş yeri, əməkhaqqı, iş yerinin daimi və ya müvəqqəti olması, işçiyə dair ixtisas, zəruri bilik, bacarıq tələbləri və s. qeyd edilir. Beləliklə, altsistem işsiz və işaxtaran vətəndaşlara vakansiya bankına birbaşa çıxış və öz peşəsinə, ixtisasına, əmək bacarığına uyğun vakant yerləri üzrə birbaşa müraciət və həmin iş yerlərində işlə təminat imkanı verir. İşəgötürənlər üçün isə MAS təqdim etdikləri vakant iş yerlərinə vaxt itkisi olmadan qısa vaxt ərzində uyğun namizədi tapa bilməyə, nəticədə, bu və ya digər peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının çevik şəkildə ödənməsinə şərait yaradır.
 
Vakant iş yerlərinə göndərişlərin verilməsi prosesi elektron infrastruktur üzərində aparılır ki, bu da işədüzəlmədə və işçi qəbulunda müəyyən bürokratik əngəlləri, vaxt itkisini aradan götürür, şəffaflığı və bu sahəyə birbaşa nəzarət mexanizmini təmin edir”.
 
“Ötən il sosial təminat növləri üzrə təyinat sistemləri də elektronlaşdırılıb. İlin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxs özü müraciət və sənəd təqdim etmədən, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və bu barədə elektron qaydada ona məlumat verilir”,- deyə şöbə müdiri bildirib: “İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi e-pensiya sistemi ilə əhatə olunub. Yaşa və əlilliyə görə pensiya növlərinin e-təyinat sistemləri ilə yanaşı, 2019-cu ildə sosial müavinət və təqaüdlərin də e-təyinatı infrastrukturunun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-cu ilin oktyabr-dekabr aylarında 19 müavinət və təqaüd növü üzrə e-təyinat sistemi işə salınıb. Beləliklə, 2019-cu ildə 21 sosial təminat növünün, o cümlədən 2 pensiya və 19 müavinət-təqaüd növünün elektron təyinat sistemi işə salınıb.
 
Ötən dövrdə həmin e-sistemlər vasitəsilə 45 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib. Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Bu il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.
 
Daha bir yenilik ondan ibarətdir ki, bu ilin yanvar ayında nazirliyin daha bir proaktiv xidməti - ilk dəfə əmək müqaviləsi ilə işə qəbul olunan şəxslərin proaktiv qaydada sığortaolunan kimi qeydiyyata alınması xidməti fəaliyyətə başlayıb. Bununla da ilk dəfə işə qəbul olunan şəxslərlə bağlı əmək müqaviləsi bildirişi “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilərək qeydiyyatdan keçdiyi andan həmin şəxslərə avtomatik olaraq sosial sığorta nömrəsi açılır. Onlar sığortaolunan kimi avtomatik qeydiyyata alınır, sosial sığorta sisteminin iştirakçısı kimi, bu hesabda gələcək sosial təminatı üçün pensiya kapitalı toplamaq imkanı qazanırlar”.
 
Kənan Əkpərov daha sonra əlavə edib: “Əhaliyə xidmətlərin elektron müstəvidə keyfiyyətinin yüksəldilməsi sahəsində nazirliyin atdığı mühüm addımlardan biri də e-arayış xidmətlərinin istifadəyə verilməsidir. Keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Beləliklə, hazırda nazirliyin iş yerinə dair, əlilliyə dair, müavinətlə təminedilmə, təqaüdlə, pensiya ilə, maddi yardımla təminedilmə, şəhid vərəsələrinin birdəfəliködəmə alması, dövlət tərəfindən avtomobillə təminolunma, dövlət tərəfindən mənzillə təminat , ünvanlı dövlət sosial yardımının təyinatı, ünvanlı dövlət sosial yardımının ödənişi, fərdi şəxsi hesab barədə, məşğulluq altsistemindən e-arayış xidməti və torpaq pay mülkiyyətçisi, şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidmətləri fəaliyyət göstərir: Təkcə bir faktı göstərmək kifayətdir ki, e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları elektron qaydada və rahat şəkildə əldə etməsinə imkan verir”.
 
Bu il bu sahədə gözlənilən yeniliklərdən danışan şöbə müdiri deyib: “2020-ci ildə nazirliyin daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi, nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılmasına çalışacağıq. Hazırda nazirlik üzrə 132 xidmət göstərilir. Bunlardan 21-i elektronlaşdırılıb. Bu il ərzində elektronlaşan xidmətlərin sayının 91-ə çatdırılması nəzərdə tutulub.

 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Hamısı