Əmlak Məsələləri Dövlət Komitəsi Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evi özəlləşdirməyib.
Eurasia Diary xəbər verir ki, bu barədə Report-a Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirib.
Onun sözlərinə görə, bəzi iddialar səslənir ki, Göyçayda yerləşən bu ev özəlləşdirilib və daha sonra həmin ərazidə söküntü işləri aparılıb: “Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirdiyi ərazi həmin yerə yaxındır və qeyri-yaşayış obyektidir, əvvəllər mətbəə olub. Həmin obyekt 2015-ci ildən özəlləşdirilib və hazırda kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir və sökülməyib. Bu ərazinin Nuru Paşanın qərargahının yerləşdiyi evə heç bir aidiyyəti yoxdur”.
Q.Xəlilov qeyd edib ki, ”söküntü işləri aparılan ərazidə isə əvvəllər yaşayış yeri olub və bir tikinti şirkəti həmin yaşayış sahəsini alıb".