İctimai işlər proqramı işsiz və işaxtaranların peşə bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq | Eurasia Diary - ednews.net

18 Fevral, Çərşənbə axşamı


İctimai işlər proqramı işsiz və işaxtaranların peşə bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq

Cəmiyyət A- A A+
Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan ödənişli ictimai işlər (“İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların  konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq. Bu məqsədlə proqramın təkmilləşdirilməsi işləri aparılır.
 
Ötən il 38 min ödənişli ictimai iş yeri yaradılıb. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır. Ona  görə də bu ildən əsas hədəflərdən biri də budur ki, proqrama cəlb edilənlər işlə təmin edilib əmək haqqı almaqla yanaşı,  onlara işlədikləri bu və ya digər sahə üzrə ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə də şərait yaradılsın.
 
Bu məqsədlə artıq bir sıra birgə proqramlar da hazırlanıb. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlülkəsizliyi Agentliyi ilə birgə hazırlanan layihə çərçivəsində ödənişli ictimai işlər proqramı üzrə bu ildən 2500 şəxs proqrama cəlb olunmaqla baytar köməkçisi kimi çalışacaq. Onlar baytar köməkçisi kimi işləyərək əmək haqqı almaqla yanaşı, praktik fəaliyyət müstəvisində baytarlıqla bağlı bir çox bilik və bacarıqlara da yiyələnəcək, bu bacarıqları hesabına da gələcəkdə müstəqil şəkildə öz işlərini qura biləcəklər. Yaxud Mədəniyyət Nazirliyi ilə birgə layihə üzrə 800 şəxs, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 300 şəxs müvafiq sahələrə  yönəldilməklə, həmin sahələr üzrə ilkin peşə bacarıqlarına sahib olmaq imkanı qazanacaqlar.
 
Digər qurumlarla da bu yöndə birgə işlər aparılacaq. Nəticədə ictimai işlər proqramının ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə  çevrilməsində də mühüm rol oynayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...