Azərbaycanda komitə sədri vəfat etdi - Foto | Eurasia Diary - ednews.net

29 Fevral, Şənbə


Azərbaycanda komitə sədri vəfat etdi - Foto

Cəmiyyət A- A A+

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, iqtisad elmləri namizədi Etibar Əliyev vəfat edib.

Eurasia Diary xəbər verir ki, E.Əliyev 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 2006-cı ildən indiyədək Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Respublika Komitəsinin sədri olub.O, Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Prezident İlham Əliyevin 21.10.2015-ci il tarixli sərəncamına əsasən Etibar Əli oğlu Əliyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.(Report.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...