“O qədər sevmək lazımdır ki, uğrunda ölmək mümkün olsun – Fərizə kimi! - Elə sevmək lazımdır ki, uğrunda ölünsün – İlham kimi!” | Eurasia Diary - ednews.net

29 Fevral, Şənbə


“O qədər sevmək lazımdır ki, uğrunda ölmək mümkün olsun – Fərizə kimi! - Elə sevmək lazımdır ki, uğrunda ölünsün – İlham kimi!”

Cəmiyyət A- A A+

Əsl sevgi salnaməsi yazan bu milli cütlük Azərbaycan tarixində ilk milli sevgi tarixçəsini “Sevgililər Günü” kimi öz sevgilərini ürəklərə həkk etdilər.

2004-cü ildən başlayaraq, Azərbaycanda “Sevgililər Günü” 20 Yanvar şəhidləri olan İlham və Fərizə Allahverdiyevlərin 30 iyun onların toy günü tarixində qeyd edilir.

Lakin 14 fevralı həmvətənlərimiz katolik rahib Müqəddəs Valentinin şərəfinə “Sevgililər Günü” kimi qeyd edir.

Əsl sevgini yalnız özünə və öz dəyərlərinə hörmət edənlər yaşaya bilər. Öz milli mənsubiyyətini, kimliyini dərk etməyənlər digərlərini də doğru-düzgün sevə bilməz və onların sevgisi də natamam qalar. Həyatda ən ali hiss olan sevgidən doğan bu özünüdərki başlanğıc təsir kimi də görmək olar. Başqa sözlə desək, bu gün Azərbaycanda İlham və Fərizə sevgisini dərk etməyənlərin sevgililər günüdür. Bu məqamı önəmsiz deyib keçmək olmaz. Çünki millət olaraq başımıza gələn bütün bəlalar hər şeyi önəmsəmədiyimizdən, biganəlikdən irəli gəlir. Özümüzün “Sevgililər Günü” ola-ola bizə hər cəhətdən yad olan bir günü qeyd etmək beləmi vacibdir?

Bəs gənclərimizin xüsusi maraqla qeyd etdikləri “Müqəddəs Valentin günü” nədir?

14 fevralın “Valentin günü” adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Luperkalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından gənclərin heç olmasa xristianlığa bağlı adı olan bir şənlikdə - “Müqəddəs Valentin günü”ndə əylənmələrini təmin etdilər. Bununla da “Valentin günü” meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi aşkar əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə - 14 fevrala rəsmiləşdirdi. 

Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" deyə məktublar göndərməsidir. Bu fakt ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.

İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla pararel olaraq, "Müqəddəs Valentin" günü xristianlar arasında bütün sevənlərin qoruyucu əzizi halına gəlib, belə xatırlanmağa başlandı. Sevgililər Günü, 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən indiki zamana qədər daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq, hadisənin ticarət istiqamətindən daha çox inkişaf etdi.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...