Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq | Eurasia Diary - ednews.net

4 Aprel, Şənbə


Rusiyada azərbaycanlıya xatirə lövhəsi qoyulacaq

Cəmiyyət A- A A+

Rusiyada İkinci Dünya Müharibəsinin iştirakçısı, azərbaycanlı Məmməd Cəbrayılova xatirə lövhəsi qoyulacaq.

Bu barədə Regnum.ru Voronej şəhər administrasiyasının mətbuat xidmətinə əsasən məlumat yayıb.

Bildirilir ki, lövhənin M.Cəbrayılovun Voronejdə yaşadığı evin qarşısında qoyulması planlaşdırılır.

Bu barədə qərar millətlərarası və dinlərarası münasibətlər üzrə koordinasiya şurasında qəbul edilib.

Lövhənin yerləşdirilməsi ilə bağlı Voronejdəki Azərbaycan diasporu da köməyini təklif edib.

Yaxın günlərdə məsələyə mədəni irs üzrə şəhər komissiyasının iclasında baxılacaq. Təklif dəstək alsa, Qələbə Gününün 75 illiyi ərəfəsində lövhənin açılması planlaşdırılır.

Xatırladaq ki, Məmməd Cəbrayılova 2018-ci ilin sentyabrında “Voronejin fəxri vətəndaşı” adı verilib. O, 2019-cu ildə - 101 yaşında vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...