Real TV-nin deputatlığa namizəd olmuş iki əməkdaşı, Əməkdar jurnalistlər - Ləman Ələşrəfqızı və Afət Telmanqızı televiziyadakı işindən uzaqlaşdırılıb.
Eurasia Diary BakuPost-a istinadən xəbər verir ki, onlar seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib. Seçki prosesi bitdikdən sonra isə müqavilənin vaxtı uzadılmayıb.
Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ, A.Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairələrindən deputatlığa namizədliyini irəli sürmüşdü.