Yanğın baş verən "Sədərək" Ticarət Mərkəzinə 5 təcili tibbi yardım briqadası cəlb olunub.
Eurasia Diary xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Hadisə yerində 8 nəfərə yerində yardım göstərilib, bir nəfər isə başın travması ilə Kliniki Tibbi Mərkəzə aparılır.
İlkin məlumata görə, yanğın başlayan korpusda 60-a yaxın mağaza tamamilə yanıb.
Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır.