Türkiyənin Azərbaycandakı səfirinə Odlar Yurdu Universitetinin fəxri doktoru adı verildi

Cəmiyyət 17:13 18.02.2020

Türkiyənin Azərbaycandakı səfirinə Odlar Yurdu Universitetinin fəxri doktoru adı verildi

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Odlar Yurdu Universitetində olub. Universitet rəhbərliyinin, o cümlədən tələbə və müəllim heyətinin iştirakı ilə keçirilən toplantıda Universitetin rektoru Əhməd Vəliyev Erkan Özorala Türkiyə-Azərbaycan münasibətlərinə verdiyi töhfələr eyni zamanda Odlar Yurdu Universitetinin üzləşdiyi problemlər zamanı nümayiş etdirdiyi dəstəyə görə təşəkkür edib. Rektor E.Özoralın çox aktiv fəaliyyət göstərdiyini və hər iki dövlətin maraqları üçün yorulmadan çalışdığını bildirib. Ə.Vəliyev çıxışın sonunda E.Özorala Odlar Yurdu Universitetinin fəxri doktoru diplomunu təqdim edib.

E.Özoral bu təltifi heç gözləmədiyini və minnətdar olduğunu bildirib. Daha sonra səfir universitetdə təhsil alan türkiyəli və azərbaycanlı tələbələrin suallarını cavablandırıb.

Tələbələrin Türkiyənin Suriya siyasəti barədə yönəltdiyi suala səfir E.Özoral belə cavab verib:

“Türkiyənin məqsədi ədaləti və Suriyadakı vətəndaşların  təhlükəsizliyini təmin etməkdir. Türkiyə Suriyanın bir qarış torpağında gözü yoxdur. Türkiyədə bu gün 4 milyon suriyalı qaçqın yaşayır. Bu insanlar öz həyatlarını xilas edib, yeni bir həyat qurmaq üçün Türkiyəyə sığınıblar. Suriyadakı siyasətimizin təməlində bu insanların öz vətənlərində rahat və firavan yaşamaları durur. Ordumuzun Suriyada olmasının əsas səbəbi isə sərhədlərimizə yaxın bölgədə terror qruplaşmalarının fəaliyyətinə əngəl olmaq və bununla da ölkəmizin təhlükəsizliyini təmin etməkdir”.

“Dünyada bu gün ədalətsizlik hökm sürür. Ədalətsizliyin olduğu regionlardan biri də Dağlıq Qarabağdır. Ermənistanın işğal siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didəgrin düşüb. Türkiyə hər zaman bu və digər məsələlərdə Azərbaycana dəstək olub, və  bugün də bütün gücümüzlə Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ problemiylə bağlı Münxendə cənab prezident İlham Əliyevin çıxışı bütün dünyaya Qarabağ məsələsində haqlı tərəfin Azərbaycan olduğunu bir daha sübut etdi. Bu çox cəsarətli siyasi bir gediş idi. Məlumdur ki, bir çox liderlər belə debatlardan yayınır. Lakin İlham Əliyev böyük cəsarətlə bu debata çıxdı və müfəvvəq oldu. Onu cəsarətləndirən əsas amilsə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki haqlı mövqeyi idi”-deyə səfir əlavə edib.

Tədbirin sonunda E.Özoral Odlar Yurdu Universitetinin Mövlana proqramı əsasında Türkiyənin Bingöl Universitetində dərs demiş müəllimlərinə sertifikatlar təqdim edib.

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
Hamısı