DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci oldu - FOTOLAR | Eurasia Diary - ednews.net

8 Avqust, Şənbə


DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci oldu - FOTOLAR

“Könüllü DOST” proqramına 9600-dən çox müraciət olunub, proqram üzrə 300 könüllü DOST mərkəzlərinə cəlb edilib

Cəmiyyət A- A A+

Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası və “Xoşməramlı meridianlar” müsabiqəsinin final mərhələsi keçirilib. 

Final mərhələsində könüllülük fəaliyyəti üzrə Xəzəryanı dövlətlərin ən yaxşı təcrübələrindən ibarət 25 layihə beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Azərbaycanı təmsil edən DOST Agentliyinin “DOSTTALKS” layihəsi “İlin layihəsi” seçilərək 1-ci yerə layiq görülüb və müsabiqənin qalibi olub. Qazaxıstanı təmsil edən “Sputnik” layihəsi 2-ci, Rusiyanı təmsil edən “Tom Soyer Fest” layihəsi isə 3-cü yeri tutublar.

DOST Agentliyinin bu növbəti uğuru “Könüllü DOST” proqramının könüllülük hərəkatında fəal iştirakına əsaslanır. Qeyd edək ki, Prezident İham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük hərəkatının daha geniş miqyas almasına şərait yaradıb. DOST Agentliyi də bu sahədə mühüm rolu ilə seçilir. 

“Könüllü DOST” proqramına 9600-dən çox müraciət olunub və ötən dövrdə bu proqram üzrə 300 könüllü DOST mərkəzlərinə cəlb edilib. Onlar DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. “Gənc DOST” proqramı üzrə çalışan gənc könüllülərlə, o cümlədən sağlamlıq imkanları məhdud gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasına qoşulub. 

DOST könüllülərindən bir qismi artıq DOST mərkəzlərinin əməkdaşları kimi fəaliyyət göstərirlər. 

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...