Fevralın 23-ə gözlənilən hava şəraiti açıqlanıb.
Eurasia Diary Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.