BMT İnkişaf Proqramı Ramin Binnətovla bağlı hazırlanmış video-hekayəni qlobal və regional rəsmi səhifələrində paylaşır | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


BMT İnkişaf Proqramı Ramin Binnətovla bağlı hazırlanmış video-hekayəni qlobal və regional rəsmi səhifələrində paylaşır

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının (BMTİP) birgə layihəsinin dəstəyi ilə özünə kiçik biznes qurmağa hazırlaşan  Ramin Binnətovla bağlı hazırlanan video-hekayə beynəlxalq səviyyədə də maraqla qarşılanıb.
 
Artıq bir neçə gündür ki, BMT İnkişaf Proqramı özünün qlobal və regional qurumlarının rəsmi səhifələrində (https://twitter.com/UNDP/status/1230024216424005632 https://twitter.com/UNDPEurasia/status/1229757385088151552) həmin video-hekayənin paylaşımına başlayıb.
 
Təşkilat bununla, eyni zamanda, Azərbaycanda əlilliyi olan bir şəxsin – Ramin Binnətovun timsalında bu kateqoriyadan olan insanların kiçik sahibkarlığa çıxışının dəstəklənməsini təbliğ və təşviq edən  bir nümunəni təqdim edir.  
 
Nazirlik və BMTİP-in “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi Ramin Binnətova İT sahəsində öz bacarıqlarını reallaşdırmaq və bu əsasda da yaxşı biznes qurmaq üçün bütün dəstəyi verəcək.  Tək Ramin deyil, Azərbaycanda 500 əlilliyi olan şəxs bu layihədən faydalanaraq, kiçik biznesə çıxış imkanı qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...