Bir sıra rayonlarda təsirli olan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.
ASC-dən Eurasia Diary-ə verilən məlumata görə, bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçdi. “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir.
Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” ASC qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur.