Quba rayonunda ikimərtəbə 6 otaqlı evdə yanğın baş veib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata əsasən yanğın, Quba rayonunun Tülər kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində baş verib. Yanğın nəticəsində evin 2 otağı, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.