Sumqayıt şəhərində süngər sexi yanıb.
Fövqəladə Naziriliyinin mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, hadisə Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexində baş verib.
Sexin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Türkay Həsənov