"Xocalının körpəsindən tutmuş qocasına kimi hamısı qəhrəmandır" - Xocalı sakini | Eurasia Diary - ednews.net

2 Aprel, Cümə axşamı


"Xocalının körpəsindən tutmuş qocasına kimi hamısı qəhrəmandır" - Xocalı sakini

Cəmiyyət A- A A+

Bu gün "Ana harayı" abidəsi önündə Xocalı soyqırımı hörmətlə yad edildi. Xocalı təkcə 26 fevral tarixində xatırlanası gün deyil. 613 nəfər günahsız əliyalın insanların qətl edildiyi bir günün acı xatirəsi tarix səhifələrinə sığılmayacaq qədər böyükdür. Və bu gündə bu faciə qurbanlarının abidə kompleksi hər il olduğu kimi dərin hüzn və ehtiramla anılır.

Xocalı soyqırımının canlı şahidlərindən olan Tahirə Hüseynova dəhşətli faciəni belə xatırlayır: 

"Xocalıda həmin gecə mən polis əməkdaşı olan qardaşımı, atamı, anamı, bütün qohumlarımı itirdim. Mən Xocalıda hər iki valideynini itirmiş 25 uşaqdan biriyəm. Xocalı camaatı çox zülmlər çəkdi, vəhşicəsinə qətlə yetirildilər. Bizə divan tutdular. Xocalının körpəsindən tutmuş qocasına kimi hamısı qəhrəmandır. Hal-hazırda faciənin 28-ci ildönümünü qeyd edirik. Sanki, həmin günü yenidən yaşayırıq. Biz hər gün o günü yaşayırıq. Hər gün torpaqlarımıza geri dönmək, şəhidlərimizin yaşadığı yeri görmək arzusuyla yaşayırıq. Başqa arzumuz yoxdur. Mən şəhərdən sonuncu vertolyotla çıxanda 19 yaşındaydım. Polis qardaşım Əlif Hacıyevin işçisi idi. Allah hamısına rəhmət eləsin!  Biz ordan çıxmaq istəmirdik. Bizi zorla çıxardılar. 8 gündən sonra onların meyitlərin tapdıq. Allah Çingiz Mustafayevə rəhmət eləsin! Meyitxanada mən meyitlərin üzünü açırdım, Çingiz çəkirdi. Allah o faciəni türk millətinə bir də göstərməsin!", T.Hüseynova bildirib.

Günel AĞAYEVA,

Gülnar SƏLİMOVA

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...