Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir - REPORTAJ | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir - REPORTAJ

Cəmiyyət A- A A+

Bu gün Xocalı soyqırımından 28 il ötür. Bakı sakinləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan "Ana harayı" abidəsinin önünə gül dəstələri qoyur, faciə qurbanlarının xatirəsini yad edirlər. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. 

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Eurasia Diary saytı "Ana harayı" abidəsi önündən foto reportajı təqdim edir:

 

 

Fotoqraf: Günel AĞAYEVA

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...