Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır

Cəmiyyət A- A A+
Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti “DOST xonçası” kampaniyasına start verir.  
 
Eurasia Diary xəbər verir ki, ilk dəfə ötən ilin eyni dövründə keçirilən bu aksiya ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Bayrama qədər davam edən və gündən-günə genişlənən, Novruzun bayramlaşmaq kimi nəcib adətini ifadə edən aksiyaya qısa bir müddətdə 120-dən çox təşkilat və tanınmış şəxs qoşulmuşdu.
 
Bu da xalqımızın zəngin mənəvi dünyasının, Novruz bayramının yüksək dəyərlərinə bağlılığının, həm də yaşlı, ahıl insanlara hörmət hissinin, qayğıkeş münasibətinin bir göstəricisidir. 
 
“DOST xonçası” aksiyasının bu dəfə də məqsədi evlərində tənha yaşayan ahıllarımızın, həssas qruplardan olan digər insanlarımızın, bu və ya digər aztəminatlı ailənin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...