Xızı rayonunda Azərbaycan Dəmir Yollarına məxsu binada yanğın baş verib.
Eurasia Diary-ə Fövqalədə Hallar Nazirliyinin məlumat mərkəzində verilən məlumata görə, hadisə Xızı rayonunun Yaşma kəndində, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 80 m² olan binanda olub.
Yanğın nəticəsində binanın bir otağında döşəmə və avadanlıqlar 4 m² sahədə, digər otağında kondisioner, 2 ədəd şkaf və pəncərə çərçivəsi yararsız hala düşüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Türkay Həsənov