Umud Mirzəyev: Qarabağı görmədən oradakı dəhşəti təsəvvür etmək olmaz

Cəmiyyət 17:04 27.02.2020

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev İTV kanalında "Sabahın xeyir, Azərbaycan" proqramının qonağı olub.

Xocalı faciəsinə həsr olunan proqramda o, Xocalı soyqırımı və Qarabağ müharibəsinin Azərbaycan xalqına vurduğu ağır zərbələr və onun bu gün də davam etməkdə olan fəsadlarından söz açdı.  

Umud Mirzəyev 26 fevral gününündə baş verən Xocalı qətliamını hər bir Azərbaycan vətəndaşının faciəsi olduğunu bildirdi.   

"Xocalıda elə bir vəhşət, elə bir vandalizm törədilmişdi ki, bunu sözlə ifadə etmək çətindir. Bunu bəlkə lentlərdə görünən kadrlarda bir az duymaq olar, bir az təsəvvür etmək olar", deyə U.Mirzəyev belə vurğuladı.

O həmçinin, həmin dövrdə medianın səsinin ölkə xaricinə çıxmasına imkan verilməməsi, eləcə də o zamankı informasiya texnologiyalarının mövcud olmadığını xüsusi vurğulayıb. Umud Mirzəyev bildirdi ki, o zaman bütün informasiyaların yayımı mərkəz hesab olunan Moskvadan idarə olunduğu üçün baş verən hadisələri təhrif edərək beynəlxalq aləmə tamamən əks formada çatdırırdılar.    

"O informasiyalar bizim burdakı reallığı əks etdirmirdi. Dünyanın çox az sayda jurnalistləri bu hadisə ilə bağlı xəbərdar idilər. Hadisə demək olar ki, baş verdikdən sonra bir sıra ölkələrdən, Rusiyadan, Avropa ölkələrindən, Türkiyədən jurnalistlər axışıb gəlməyə başladılar. Hadisənin sədası demək olar ki, dünyanın bir çox ölkələrinə gedib çatmışdı. Amma qeyd etdiyim kimi informasiya blokadası bizim doğru sözümüzü də yalana bəzən çıxardırdılar. Ondan əvvəl elə 90-cı illərin əvvəllərində başımıza gələn çoxsaylı faciələr vardı. 20 Yanvar faciəsini götürək. Xocalıya qədər bizim Boqanis-Ayrımlı, Cəmilli, Qaradağlı faciələri vardı. Bunlar hər birisi bir-birinə bağlı faciələr idi."

BAMF rəhbəri Azərbaycan tarixində baş vermiş, lakin bu gün bəzilərimizin bilmədiyi faciə və itkilərimizdən də söz açdı. O, 1905-ci ildə dekabrın 26-da o zamankı Cavanşir qəzasının Umudlu kəndində erməni cinayətkarları tərəfindən törədilən qətliam və qətliamda 300 sakinin güllələnərək tariximizə Umudlu faciəsi kimi düşdüyünü qeyd etdi. 

Umud Mirzəyev həmçinin Qarabağ həqiqətlərinin ictimaiyyətə çatdırılmasında jurnalistlərin fəaliyyəti və rolunun əvəzsiz olduğunu da vurğuladı. O bildirdi ki, 2008-ci ildə Xocalıya Ədalət kompaniyasını başlamaqla Azərbaycanın haqq səsini bir çox dövlətlərə çatdırmaq mümkün oldu və bunun nəticəsində də bu gün ABŞ-ın 24 ştatında Xocalı faciəsi tanınmaqdadır. BAMF rəhbəri Azərbaycanın dünyaya tanıdılmasında mühüm rol oynayan digər fəaliyyət sahələrindən, eləcə də buna dəstək ola biləcək ölkəmizdəki səfirliklərin rolundan da bəhs etdi.

"Bizim səfirliklərimiz artıq müəyyən fəaliyyətlər göstərməyə başlayıblar. Turizm potensialının artması ilə  ölkəmizə çoxsaylı insanlar gəlir. Onların hərəsi bir informasiya ilə gəlib gedirlər. Bizim ölkə ilə bağlı fərqli düşüncəyə malik insanlar buradan gedərkən, ölkələrinə tam fərqli düşüncəylə dönürlər".

Verilişdə çıxışı zamanı Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun jurnalistlərlə birgə fəaliyyəti çərçivəsində təşkilatın həmin jurnalistlər üçün Qarabağ zonasına bir çox səfərlər təşkil edildiyini bildirdi.  

"90-cı illərin əvvəllərində təşkilatımız tərəfindən yüzdən çox xarici jurnalistin Azərbaycana səfərini təşkil etmişdik. Bugün çox sayda tələbə, jurnalsit və xalq diplomatiyasının nümayəndələrinə səngər boyunca dağıdılmış yerləri, güllələnmiş məzarları göstəririk. İnsnalara faicə ilə bağlı detalları göstərərkən, göz yaşlarını saxlaya bilmirlər. 

Onu da qeyd etmək istərdim ki, Qarabağa bir fransızın səfərini təşkil etmişdik. Bilirsiniz ki, Fransada erməni lobbisi güclüdür. İki gün Füzuli və Ağdamda məcburi köçkünün evində qalmaqla o bir yazı yazmışdı. Bir Fransız bu hadisələri təsvir edə bilərmi?

Qətiyyən ora getmədən təsvir edə bilməz!

Dəfələrlə şahidi olmuşuq ki, Bakıya gələn şəxs o regionlara getmirsə, dağıdılmış evləri görmürsə, o insanlarla ünsiyyətdə olmursa, ölkəmiz haqqında onun təsəvvürləri yarımçıq qalır".

Eurasia Diary İctimai Televiziyanın efirində gedən proqramın videosunu sizlərə təqdim edir.   


Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
18:13 20.04.2024
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı