ƏƏSMN, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında həssas qrupların özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsində əməkdaşlığa dair Memorandum imzalandı

Cəmiyyət 19:20 11.03.2020

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədi daşıyır.

EDNews xəbər verir ki, sənədin imzalanması tədbirində Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin dayandığını, özünüməşğulluq proqramının da həsas qrupların rifahına xidmət etdiyini vurğulayıb. O bu mühüm sosial proqramın genişləndirilməsində Dünya Bankının da iştirak edəcəyini deyib.

Mərkəzi Bankın sədri  bankların ölkənin sosial-iqtisai inkişaf proseslərində aktiv iştirakını diqqətə çatdırıb. O, eyni zamanda, yeni iş yerlərinin yaradılması, sosial məsələlərin  həlli prosesində bank sektorunun daha yaxından, aktiv iştirakının əsas gözləntilərdən olduğunu deyib. Bankların fəaliyyətində sosial məsuliyyət prinsipinin də diqqətdə saxlanmasını mühüm amillərdən biri kimi qeyd edib.

E.Rüstəmov həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi ilə bağlı dövlət başçısının çağırışına banklar tərəfindən yekdilliklə müsbət cavab verilməsinin sevindirici olduğunu bildirib. Bu gün özünüməşğulluq proqramı iştirakçısının məşğulluqdan başlayaraq gələcəkdə kiçik, orta və hətta böyük sahibkara da çevrilə biləcəyini deyib, bu baxımdan proqrama dəstəyin təkcə sosial deyil, həm də iqtisadi məqsəd daşıdığını qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səmərəli məşğulluq imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.

O, aktiv məşğulluq proqramlarının ildən-ilə gücləndirildiyini,  2019-cu ildə nazirliyin məşğulluq orqanlarının xətti ilə 103 028 şəxsin, bu ilin iki ayında 15 minə yaxın şəxsin münasib işlə təmin edildiyini, peşə hazırlığına cəlb edilənlərin də sayının  getdikcə artdığını deyib. Nazir məşğulluq sahəsində aparılan islahatları, “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin innovativ əsasda qurulmasını təmin etdiyini diqqətə çatdırıb.

Dövlət başçısının tapşırığı ilə ötən il 38 min ödənişli ictimai iş yerinin yaradıldığını deyən S.Babayev Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7,3 minədək işsiz və işaxataran şəxs cəlb edildiyini bildirib. Qeyd edib ki, 2019-cu ildə isə proqram 10 352 nəfəri əhatə edib. Proqram çərçivəsində 46 iqtisadi fəaliyyət istiqaməti üzrə kiçik müəssisələr yaradılır. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin «Sosial Bağlar» layihəsi çərçivəsində də proqram dəstək olaraq 2018-2019-cu illərdə 400-ə yaxın ailə üçün intensiv bağçılıq təsərrüfatı yaradılıb.BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında 500 əlilliyi olan şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri aparılır.

S.Babayev bildirib ki,  xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas  kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və b.) üstünlük verilir. Şəffaflığın və ictimai nəzarətin təmini üçün  proqram iştirakçılarına dair məlumatlar «E-sosial» portalında yerləşdirilir. Özünüməşğulluq proqramında  iştirak üçün müraciətlərin sayı hazırda 40 mindən çoxdur.

Nazir bu il 11 min nəfərin proqrama cəlb olunmasının nəzərdə tutulduğunu deyib. Vurğulayıb ki, cənab Prezidentin tapşırığı əsasında özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə artıq bu ildən əməkdaşlığa başlanacaq. Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi” üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq.

S.Babayev bildirib ki, bu gün imzalanan əməkdaşlıq sənədi də 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ölkəmizdə özünüməşğulluq proqramının daha da geniş vüsət alması, həssas əhali qruplarından olan daha çox insanın özünüməşğulluğunun təmin olunması üçün banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi barədə irəli sürdüyü təşəbbüsün uğurlu bir nəticəsidir. Belə ki, dövlət başçısının həmin çağırışının nəticəsidir ki, ümumən böyük sosial-iqtisadi əhəmiyyətə malik bir proqramın genişləndirilməsinə banklar tərəfindən dəstəyi nəzərdə tutan belə bir mühüm sənəd imzalanır.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Z.Nuriyev Assosiasiyaya üzv bankların bu çağırışa qoşularaq ölkəmizdə həssas əhali qruplarının özünüməşğulluğuna xidmət edən proqramının genişləndirilməsi prosesin aktiv iştirakçıları olacaqlarına əminliyini ifadə edib. O, bununla bağlı bir sıra təkliflərini də diqqətə çatdırıb.

Qeyd edək ki, memorandum özünüməşğulluğun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Özünüməşğulluğun təşkilinə köməklik göstərilməsi isə  əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran şəxslərə məsləhət və məlumatların verilməsi, iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə, biznes-planın hazırlanmasına kömək edilməsi, natura şəklində material, avadanlıq və digər əmlakın 2 (iki) il müddətinə müqavilə əsasında əvəzsiz olaraq bu şəxslərin istifadəsinə verilməsi (bu müddət bitdikdə əmlakların əvəzsiz olaraq Proqram iştirakçılarının mülkiyyətinə verilməsi də daxil olmaqla), bu müddət ərzində monitorinqlərin aparılması, habelə növbəti mərhələlərdə Proqram iştirakçılarının müxtəlif bank (maliyyə) alətləri ilə inkişafının dəstəklənməsi kimi istiqamətləri özündə əhatə edir.

Nazirlik isə proqrama cəlb olunmaq məqsədi ilə müraciət edən həssas qruplar barədə məlumatları proqramda iştirak edən banklara təqdim edəcək. Proqram iştirakçıları üçün müvafiq təlimlərin təşkilində dəstək verəcək, biznes planların müdafiəsi, əmlakların proqram iştirakçılarına təqdim edilməsi, biznes planların icrasının monitorinqi proseslərində iştirak edəcək.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı