"Bakı Metropoliteni"ndən sərnişinlərə MÜRACİƏT

Cəmiyyət 14:00 13.03.2020

Yeni koronavirusla (COVİD-19) əlaqədar fevral ayının 21-dən stansiya və qatarlarda, həmçinin inzibati və iaşə obyektlərində profilaktiki tədbirləri davam etdirən “Bakı Metropoliteni” QSC geniş spektrli dezinfeksiya tədbirlərinin intensivliyini artırıb.

Qurumun mətbuat xidmətindən EDNews-a verilən məlumata görə, buna qədər koronavirusla əlaqədar profilaktiki dezinfeksiya işləri ay ərzində iki dəfə nəzərdə tutulmuşdusa, həmin tədbirlərin hər həftə yerinə yetirilməsi qərara alınıb.

Əsas məqsəd profilaktik xarakterli sanitar-gigiyenik tədbirlərin səmərəsini artırmaq, sərnişinlərin metropolitendən daha sağlam, təhlükəsiz və rahat şəraitdə istifadəsini, onların məmnunluğunu, sanitar vəziyyətə əminliyini daha yüksək səviyyədə təmin etməkdir.

Qatarlarda və stansiyalarda, həmçinin digər metropoliten obyektlərində dezinfeksiya işlərini xüsusi lisenziya ilə uzun illərdir, fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış müəssisə həyata keçirir. Yeniliklə əlaqədar tədbirlər planına qrafik üzrə müvafiq dəyişikliklər edilib. Hazırda Bakı metropolitenində koronavirusla bağlı tədbirlərin ikinci mərhələsi başa çatmaq üzrədir.

Qatarlarla bağlı tədbirlər

Qatarların ikinci mərhələ çərçivəsində dezinfeksiyası başa çatmaqdadır. Planlı cari təmir işləri aparılan 3 qatar (15 vaqon) istisna olmaqla, digər qatarların vaqonları dezinfeksiya işlərinə cəlb olunub. Artıq "Bakı Metropoliteni" QSC-nin sanitariya və gigiyena üzrə həkiminin və aidiyyətli strukturların nəzarəti altında 47 qatarda (235 vaqon) geniş spektrli dezinfeksiya işləri növbəti dəfə aparılıb. Proses həftəsonu yekunlaşdırılacaq.

Gündəlik yerinə yetirilən tədbirlər də davam etdirilir. Texniki-istismar qaydalarına əsasən, texniki baxış, xidmət və qulluq məqsədilə elektrik deposuna daxil olan hər bir qatara sanitar-gigiyenik tələblərə uyğun xidmət göstərilir. Koronavirusla əlaqədar verilmiş göstərişə əsasən, gün ərzində “Bakmil” stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət edən qatarların (sərnişinsiz və işçi personal olmadan) salon qapıları açıq saxlanılaraq vaqonlar əlavə ehtiyat tədbiri kimi havalandırılır.

Stansiyalarla bağlı tədbirlər

Stansiyalarda gecə saatlarında, sərnişinlər stansiyaları tərk etdikdən və elektrik xətlərindən yüksək gərginlik çıxarıldıqdan sonra geniş spektrli dezinfeksiya işlərinə başlanılır. Giriş sahələri, keçid, vestibül, platforma və stansiya yollarının planlaşdırılmış profilaktik tədbirləri mütəxəssislərin və məsul şəxslərin nəzarəti şəraitində davam etdirilir. Stansiyalarda işlərin ikinci mərhələsi həftəsonu başa çatdırılacaq.

Bununla yanaşı gündəlik iş rejimi şəraitində profilaktik tədbirlər davam etdirilir. Hər gün ən azı 3 dəfə olmaqla stansiyaların əllə təmas olan bütün səthləri dezinfektantlarla silinərək təmizlənir və işlər daimi nəzarət altında saxlanılır. Onu da əlavə edək ki, istifadə olunan dezinfektantlar insan səhhəti üçün zərərsizdir.

Diqqətdə saxlanılan məsələlər

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar qaynar xətt yaradaraq onun sutka ərzində 24 saatlıq fəaliyyətini təmin edib. 964 və (012) 490 00 00 telefon nömrələrinə zəng etməklə Bakı metropolitenində koronavirusla əlaqədar görülən işlər barədə ətraflı məlumat almaq olar. Müraciət edənlərə bütün məlumatlar operativ və obyektiv şəkildə təqdim olunur.

“Bakı Metropoliteni” QSC koronavirusla əlaqədar fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqəli qurur, tapşırıq və tövsiyələrə əməl olunmasına diqqət yetirir, metropolitenlə bağlı aktual məsələlərin operativ həllini təmin edir.

İşçilərin maarifləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Yanvar ayının sonundan başlanmış fəaliyyət nəticəsində metropoliten işçiləri arasında Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri geniş təbliğ olunur, iş yerlərində sanitar-gigiyenik normalara əməl olunması üçün müvafiq şərait yaradılır.

Sərnişinlərə müraciət

"Bakı Metropoliteni" QSC bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır. Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması hər kəsin sağlamlığının təməlidir.

Tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur.

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Hamısı