Azərbaycan koronavirusla mübarizədə vəziyyəti necə nəzarətdə saxlaya bilir? Anastasiya Lavrina

Cəmiyyət 17:35 22.03.2020

COVID-19 koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaranmış vəziyyət miqyas etibarilə bütün dünyanı sarsıtdı. Dünya bu cür sürətlə yayılan bir epidemiya ilə üzləşməyə hazır deyildi. Bu gün dünya pandemiya ilə mübarizədə 3 qisimə bölünüb. Özünü operativ şəkildə hər kəsdən təcrid edən və bir neçə ay sonra ölkədəki xəstəlik səviyyəsinin azalmasına nail olan Çin. Ətrafda baş verənlərə çox gec reaksiya göstərən və indi ölkələr arasında ciddi sərhədlər qurmaqla təcrid olunmaq qərarına gələn Avropa. Bu qərar Avropa Birliyinə üzv ölkələr arasında ciddi fikir ayrılığına və Şengen zonasının müvəqqəti bağlanmasına səbəb oldu. Üçüncü kateqoriyaya isə Böyük Britaniya kimi əvvəlcə kütləvi karantindən imtina edən və yalnız virusa yoluxan insanların sayının həndəsi silsilə ilə artmağa başladığını görərək ciddi təcrid vəziyyətinə keçən ölkələr daxildir.

Yaranmış vəziyyətdə ən doğru addım insanlar arasında panika yaratmamaq və əhalini dükanlara qaçaraq rəflərdə gördükləri hər şeyi almaq həddinə çatdırmamaqdır. Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında bu cür oldu. İnsanların ehtiyatlı davranması, karantin şərtlərinə riayət etməklə müvafiq davranış qaydalarına əməl etməsi, eyni zamanda sağlam düşünmələri və İnternetdə dünyanın sonu haqqında təxribatlara yol verməmələri çox vacibdir.

Azərbaycan qısa müddət ərzində vəziyyəti ciddi nəzarət altına alaraq sistemli fəaliyyət göstərən azsaylı ölkələrdən biridir. Rəsmi məlumatlara görə, bu günə qədər epidemiya baş qaldırandan bəri respublikada 54 yoluxma halı aşkar edilmişdir. Sərhədlər bağlanıb,  hava nəqliyyatının hərəkəti dayandırılıb və hətta ölkə daxilində məhdudiyyətlər tətbiq olunur. Martın 19-dan etibarən Bakı, Sumqayıt və Abşeron bölgəsində 10 gün ərzində Azərbaycanın digər şəhər və rayonlarında qeydiyyatda olan avtomobillərin və onların sərnişinlərin girişinə icazə verilmir. İstisna hallar yalnız təcili yardım maşınları, qəza xidməti maşınları, mal daşıyan yük avtomobillərə şamil olunur. Azərbaycanın təhsil müəssisələrində dərslər yalnız aprelin 20-dən başlayacaq. Ölkədəki bütün kütləvi tədbirlər, o cümlədən mədəni və idman tədbirləri, rəsmi forumlar ləğv edilib. Kinoteatrlar, muzeylər və teatrlar, əyləncə mərkəzləri, idman salonlarının fəaliyyəti dayandırılıb. Rəsmi səviyyədə, mərasim salonlarında və çadırlarda və digər qapalı məkanlarda toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib.

Ölkədə koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün xüsusi fond yaradılıb. Fondun büdcəsi dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Yeni Azərbaycan Partiyası Fonda 200 min manat, Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri isə maaşlarının bir hissəsini köçürəcəklər, Akkord şirkətinin müşahidə şurası Fonda bir milyon manat köçürüb, ADA Universitetinin Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində ianə edib, PAŞA Holdinq 2 milyon manat köçürəcək və Azərbaycanda koronavirusun aşkarlanması üçün laboratoriyanın yaradılmasına artıq 3 milyon avro ayırıb. 

Məlum olduğu kimi, martın 21-də Azərbaycan Prezidenti İlham Əliyev illik əməkhaqqını, ayda 15000 manat olan məbləği ölkədə yaradılan Koronavirusa Dəstək Fonduna ianə edib. Bundan öncə martın 19-da Prezident iqtisadiyyatın sabitləşdirilməsi və xaricdən gələn zərbələrə qarşı müqavimətin artırılması sahəsində tədbirlərini həyata keçirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat ayrılması barədə sərəncam imzalayıb. Bundan əlavə, mümkün fəsadları nəzərdən keçirmək, təkliflər hazırlamaq və iqtisadi sabitliyi təmin etmək məqsədi ilə bir neçə işçi qrupu yaradıldı.

Bütün bunlar koronavirus epidemiyası və onun Azərbaycanda səbəb ola biləcəyi nəticələrə qarşı aparılan işlərinin yalnız bir hissəsidir. Yuxarıda göstərilənlərə əlavə olaraq xaricdən gələn bütün vətəndaşlar iki həftə boyunca xüsusi yaradılmış və təchiz olunmuş müvafiq xəstəxanalarda stasionar şöbəyə yerləşdirilərək karantində saxlanılır. Azərbaycanda koronavirusla mübarizədə iştirak edən həkimlər və tibb bacıları üçün təlimlər başlayıb.

Qeyd etmək lazımdır ki, əhali panikaya qapılmır. Küçələrdə izdiham müşayiət olunmur, bir çox müəssisə, təşkilat və hətta dövlət qurumları məsafəli iş rejiminə keçiblər. İnsanlar yalnız zəruri hallarda çölə çıxırlar. Küçələrdə sakitcə gəzən və ya it gəzdirənlər də var. Azərbaycanda hazırda restoran, kafe və barların fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub. Demək olar ki, bütün ictimai yerlərin girişində dezinfeksiya üçün əllərə spirt püskürtülür. Supermarketlərdə hər hansı bir məhsul çatışmazlığı yoxdur. Sərbəst şəkildə qida məhsulları, salfetlər, dezinfeksiyaedici maddələr, habelə un məhsulları əldə edə bilərsiniz. Qiymətlər hələ də eynidir. Buna ciddi nəzarət olunur.

Epidemiya, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, Azərbaycan Parlamenti, şəxsin fərdi, rəsmi və ya hüquqi şəxs olub-olmamasından asılı olaraq 100 manatdan 5000 manata qədər cərimə və həbs cəzası müddətini təsdiqləyib.

Xəstəliklərin yayılmasına səbəb olan və ya onun yayılmasına real təhlükə yaradan rejimlər pozulduğu təqdirdə 2500 manatdan 5000 manata qədər cərimə və ya 3 ilə qədər həbs cəzası tətbiq edilir. Bir insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan hərəkətlər 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Əlbəttə ki, vəziyyəti bilərəkdən gərginləşdirən və İnternetdə panika yayan, dünyanın sonu və bütün canlıların məhv olması, həmçinin bütün məhsulların rəflərdən yoxa çıxacağı ilə bağlı qorxunc video materiallar paylaşanlar da var. Bütün bunlar yalnız bir məqsədlə edilir - insanların inancını sarsıtmaq, çaxnaşma yaratmaq və vəziyyəti nəzarətdən çıxarmaq. Azərbaycan bu məsələdə də ciddi nəzarət yaradıb. Müvafiq dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən çaxnaşma yayanlar da cinayət məsuliyyətinə cəlb olunurlar.

Koronavirus və ya qorxu virusu da adlandırılan epidemiyanı dünya ictimaiyyəti uzun müddət xatırlayacaq. Başa düşmək lazımdır ki, panika pandemiyanın təsirini yalnız artırır və müddətini uzadır. Azərbaycan vəziyyəti stabil saxlamağı bacardı və buna hökumətin fəaliyyəti ilə insanların həmrəyliyi çox kömək etdi.

Anastasiya Lavrina

Siyasi şərhçi, müəllif proqramının aparıcısı, Azərbaycanın Rus İcmasının sədr müavini

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Hamısı