Gürcüstanda azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurdu | Eurasia Diary - ednews.net

13 Avqust, Cümə axşamı


Gürcüstanda azərbaycanlı qadın ailə üzvlərini koronavirusa yoluxdurdu

Cəmiyyət A- A A+

“Bu gün Gürcüstanda təsdiq olunan 4 yeni koronavirus halı Marneuli ilə bağlıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib.

Onun sözlərinə görə, həmin şəxslər koronavirusa yoluxan 62 yaşlı qadının ailə üzvləridir: “Hazırda həmin qadın Tbilisidə müalicə olunur. Onun ilkin olaraq yerləşdirildiyi Marneuli xəstəxanasındakı digər pasiyentlər və tibbi heyət koronavirusla bağlı testdən keçiriliblər və nəticələr mənfi olub”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 67 nəfər yoluxub ki, onların da 9-u sağalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...