Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi | Eurasia Diary - ednews.net

27 Sentyabr,


Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi

Cəmiyyət A- A A+

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.

Bu barədə "EDNews" report.az istinadən xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.

Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.

Qeyd edək ki, hazırda Azərbaycanla Gürcüstan arasında gediş-gəliş yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsilə mümkündür. Son günlər məntəqə saat 10:00-dan 18:00-dək fəaliyyət göstərib.

Ölkələr arasında yük daşımalarına heç bir məhdudiyyət tətbiq olunmur. Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq. 

c

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...