Moskva və Londondan 151 Azərbaycan vətəndaşı vətənə qaytarılıb | Eurasia Diary - ednews.net

8 Aprel, Çərşənbə


Moskva və Londondan 151 Azərbaycan vətəndaşı vətənə qaytarılıb

Cəmiyyət A- A A+

"Azərbaycan Hava Yolları” aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

"EDNews" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya  məlumat verilib.

Martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.Bir daha xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir.

Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...