Qida Təhlükəsizliyi İnstitutu işçilərinin maaşları artırıldı | Eurasia Diary - ednews.net

4 İyun, Cümə axşamı


Qida Təhlükəsizliyi İnstitutu işçilərinin maaşları artırıldı

Cəmiyyət A- A A+

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.

"EDNews" xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən olunması barədə qərarında öz əksini tapıb.

Qərara əsasən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.

Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...