Mübariz Mənsimovun həbsdə halı pisləşib | Eurasia Diary - ednews.net

30 Mart, Bazar ertəsi


Mübariz Mənsimovun həbsdə halı pisləşib

Cəmiyyət A- A A+
“Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun səhhəti pisləşib

Bu barədə Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva qeyd edib.

F.Quliyeva bildirib ki, bir neçə gündür aclıq elan edən M.Mənsimovun səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir:

“Vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər”.

Qeyd edək ki, İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar verib. M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...