Bakı 50-ci illərə qayıtdı Salam, köhnə Bakı!

Cəmiyyət 09:27 27.03.2020

Bakı son günlər dərin sükunətə dalıb. Küçələr sanki insan izdihamı üçün dərin qüssəyə qərq olub. Şəhər bulvarı öz heyrətamiz gözəlliyini hər zamankı kimi süslənərək seyircilərinə nümayiş etdirə bilmir. İndi o gözəllik vaxtilə ona heyrətlə baxanların gözündə əfi ilana çevrilib. Artıq bir həftədir yayılmqda olan Koronavirus xəstəliyi ilə əlaqədar fövqəladə vəziyyət nəticəsində Bakı küçələrində insan sıxlığının sayı xeyli azalıb. Vaxtilə avtomobil sıxlığından göydən iynə atdığında yerə düşə bilməyən küçələrdə insan və ya avtomobil görmək indi adamı bir anlıq sevindirir. Sanki Bakı XX əsrin 50-ci illərini yaşayır. 

 

Əslində hazırki durumda şəhərdə mövcud olan boşluq bir tərəfdən ətraf mühit və havanın tullantı və zəhərli qazlardan təmiz qalması və ekologiyamızın yenidən canlanması üçün müsbət bir stimuldur. Yəni necə deyərlər - hər zərərdə bir xeyir varmış. Lakin digər tərəfdən baxsaq, bu sükunət üzündən hər zaman deyib gülməyi, əylənməyi sevən Azəzrbaycan xalqı hətta ənənəvi bayramı olan Novruzu bu il hüzünlə qarşıladı. İndi küçələr bom-boş, bulvar isə musiqi səsinə tamarzı qalıb. Hər kəs hər şeydən şirin olan biricik canı hayındadır. Ölkədə bu çox nadir hadisə olduğu üçün, xüsusilə əhali sıxlığı nisbətən çox olan Bakı indi daha çox 50-ci illəri xatırlatmaqdadır. Bəli, o zamanları biz görməmişdik, lakin nə yaxşı arxiv şəkillər varmış. Bəlkə də Bakının bu günü də nə vaxtsa bir gün arxivlərdən tapılaraq yad ediləcək - yaxud da heç buna ehtiyac olmayacaq.

Hərdən belə bir deyim var: "çox gülmə, düşər düşməzi olar". Bəlkə də bizdən öncə bunları deyənlərin sözlərində dərin bir həqiqət var imiş. Axı nə var idi elə əvvəlkilərdə var idi. Amma nədənsə... biz bəzən onları heç bəyənmirik. Əşi boş ver - ye, iç, de gül, dünya beş günlükdür deyə ömrümüzü sürməyə davam edirik. O qədər deyib əylənirik ki, axır ondan da məhrum oluruq. İndi hamı virus təhlükəsi ilə üzləşməmək üçün evlərinə çəkilib o büsatlı günlərin xiffətini çəkir. İçlərindəki təşnəyə su səpə biləcək tək bir çarə o dört bucaqdan ibarət olan televiziyadır. Bəlkə də bir çoxları üçün darıxmağa heç lüzum belə qalmayıb. Çünki, artıq əyləncə dolu televiziya kanallarından hər gün muğam, seygah dinləyərək şou əhlinin həyat tərzini arxiv lentlərdən izləməyə davam edirlər. Yaxın keçmişdə televiziya kanallarında maraqlı verlişlər izləyərdik. Məsələn "Aktual Ekran", "Dərədən Təpədən", Dalğa və sairləri kimi ictimi maarifləndirici və mədəni verlişlər, hansı ki, insanlarda daha çox elm, mədəniyyət və ictimai təfəkkürün formalaşmasına təkan verən, sevilib seçilən proqramlar idilər. İndi bunların hamısı qulaqları və gözləri yağır edən musiqi və şou proqramlarında təmərküzləşdirilib. 

Deyirlər İtalyanlar da onların üzərinə səmum küləyi kimi gələn virus bəlasını musiqi, çal-çağırla qarşılayırlar və musiqi ilə hər həftə 600-dən çox insanı son mənzilə yola salırlar - yox əslində elə deyil, daha doğrusu yandırıb küllərini göyə sovururlar. Səmum küləyi dedim, yadıma rəhmətlik nənəmin hər zaman bizlərə müqəddəs Quran kitabından çəkdiyi misallar düşdü. O zaman biz uşaq ikən tez-tez Add və Səmud qövmlərinə göndərilən səmum küləyindən bəhs edərdi. Yadımda qalan bir hekayə idi: Bir gecədə minlərlə insan küləklə sovrulub yox oldular. Onlar da deyib gülən, şənlənən və əyləncəni həddsiz sevən bir qövm idilər. Axı bayaq dedim - nə var idisə, köhnə insanlarda var idi. Elə Bakının da gözəlliyi öz köhnəliyində idi - Salam, köhnə Bakı!

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
Hamısı