Xalq artisti dünyasını dəyişdi | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Xalq artisti dünyasını dəyişdi

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasının xalq artisti Rauf Babayev vəfat edib.

EdNews Trend-ə istinadən xəbər verir ki, müğənni 82 yaşında dünyasını dəyişib.

Rauf Babayev 1937-ci ildə Leninakanda (Gümrü) anadan olub. 1956-cı ildə Bakı Musiqi Texnikumunu, 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir. Bir çox xarici ölkələrdə qastrol səfərində olub.

1978-ci ildə Azərbaycan SSR əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb. 2017-ci ildə "Şöhrət" ordeni alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...