Bakıda marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib | Eurasia Diary - ednews.net

3 İyun, Çərşənbə


Bakıda marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib

Cəmiyyət A- A A+

Koronavirusun (COVİD-19 ) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspress marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən "EDNews"a bildirilib ki, dəyişikliyə əsasən H1 ekspress xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək. Həmin gün ekspress xətt avtobusu ilə 28 May metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. 

Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...