Bu insanlar Bakıya problemsiz daxil ola bilər - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Bu insanlar Bakıya problemsiz daxil ola bilər - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

Operativ Qərargahın da elan etdiyi kimi, karantindən əvvəl bölgələrə gedən, rayon qeydiyyatında olmasına baxmayaraq, Bakıda daimi işləyən və müvafiq sənədləri olan şəxslərin paytaxta qayıtmasında hər hansı problem yaşanmır.

Bu barədə Axar.az-a rayon qeydiyyatı olan, amma Bakıda daimi işləyən şəxslər məlumat verib. Onlar qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə qurulan postlarda xidmət göstərən Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıya girişdə bu şəxslərə problem yaratmır.

Artıq bir neçə gündür ki, Novruz bayramı ilə əlaqədar rayona gedən Bakıda işləyən vətəndaşlar geri dönməyə başlayıb. Bunun üçün həmin şəxslərin işlədikləri yerin vəsiqəsini göstərmələri kifayət edir.

İş vəsiqəsi olmayanların isə iş yerlərindən verilən arayış və ya bildirişlə paytaxta girişlərinə şərait yaradılır.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...