Deputatlar koronavirus yoxlanışından keçdi | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Deputatlar koronavirus yoxlanışından keçdi

Cəmiyyət A- A A+

Milli Məclisin deputatları və əməkdaşlarının koronavirus infeksiyası ilə bağlı növbəti dəfə tibbi müayinədən keçməsi tam başa çatıb.

“EDNews” xəbər verir ki, müayinədən keçən 121 deputatın və parlamentin digər işçilərinin heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

Həmçinin koronavirus təhlükəsinə görə parlamentin girişində termovizor qurğusu quraşdırılıb. Məqsəd Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən deputatların hərarətinin yoxlanılmasıdır.

Qeyd edək ki, martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda parlamentin plenar iclaslarının onlayn şəkildə keçirilməsinin mümkünlüyü müzakirə olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...