Mart ayının 15-də Türkiyədə saxlanılan və FETO ilə əməkdaşlıqda ittiham olunan xeyriyyəçi iş adamı Mübariz Mənsimov növbəti dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
"EDNews"un məlumatına görə, müraciətində Mənsimov 81 və 84 yaşlı ana və atasının sağlamlıqlarında ciddi problemlərin olması səbəbindən Türkiyəyə gətirdiyini və hazırda onlara heç kimin baxa bilmədiyini bildirib.
Mənsimov FETO ilə heç bir bağının olmadığını qeyd edərək ana və atasına baxa bilməsi üçün onun məhkəməyə qədər ev həbsində saxlanılmasını Ərdoğandan xahiş edib.