30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir - Professor | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir - Professor

Cəmiyyət A- A A+

Yalnız yaşı 60-dan yuxarı olan şəxslər deyil, 30 yaşlı siqaret çəkən gənclərin də koronavirusa yoluxma riski yüksəkdir. 

EdNews xəbər verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin Elmi Şurasının üzvü professor Yeşim Taşova bildirib. “İhlas” xəbər agentliyinə danışan professor əlavə edib ki, 50 yaşlı xroniki xəstələr də risk qrupuna daxildir.

Maraqlıdır ki, Yeşim Taşova insanların əlcək geyinməsini də yanlış hesab edir. Professor əlavə edib ki, virus 26 dərəcə istilikdə və rütubətdə ölür. “Havanın hərarəti artdıqca Adana və Mersin kimi bölgələrdə virusun öləcəyini gözləyirik”, – deyə Yeşim Taçova bildirib.

Bu günə qədər Türkiyədə 5 698 nəfər infeksiyaya yoluxub. Onlardan 92 nəfəri dünyasını dəyişib.(yenisabah.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...