Dərman mafiyaları koronavirusdan daha təhlükəli oldu - apteklərdə maska qıtlığı davam edir - VİDEO | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Dərman mafiyaları koronavirusdan daha təhlükəli oldu - apteklərdə maska qıtlığı davam edir - VİDEO

Cəmiyyət A- A A+

Son günlər koronavirusla bağlı yaranan böhran vəziyyəti apteklərdə daim satılması zəruri olan maska və spirt kimi vacib ləvazimatlara da sirayət etməyə başlayıb. Belə ki, ötən həftə hazırladığımız reportajda Abşeron rayonunun Hökməli, Sulutəpə və Qobu qəsəbələrində mənfi halların müşahidə olunduğunu bildirmişdik. Bu dəfə Bakının Yasamal rayonundakı apteklərdə oxşar problemlərlə bağlı faktlar yenidən qeydə alınıb. Daha acınacaqlısı budur ki, əvvəllər 15 / 20 qəpik civarında satılan tibbi maskalar bu gün bir nəçə aptekdə qiymətləri onlarca dəfə süni halda şişirdilərək 19 və hətta 29 manat dəyərində satılır.  

Hazırda görünən budur ki, Azərbaycanda mövcud olan bəzi üzdəniraq dərman mafiyası heç də kronoavirusdan təhlükədə geri qalmır. Dövlət başçısının bu sahədə atdığı qəti və ciddi addımlara məhəl qoymayan, ölkədəki çağırışlara laqeyd olan bu cür möhtəkirlər bəllidir ki, baş verən bu böhrandan daha çox yararlanmağa çalışırlar. İstənilən halda bu cür qanun pozuntularına yol verənlərin aşkarlanaraq cəzalandırılması və bu kimi halların baş verməməsi üçün aidiyyəti qurumlar tərəfindən qəti addımlar atılması vacibdir. 

EDNews sözügedən problemlə bağlı hazırlanan video reportajı sizlərə təqdim edir.    

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...