Tibbi maska qıtlığına kimlər səbəb olur? Dərman mafiyası, məmurlar yoxsa vətəndaş?

Cəmiyyət 09:00 01.04.2020

Son günlər ölkədə koronavirusa yoluxma hallarının artması fonunda apteklərdəki tibbi maska qıtlığı vətəndaşların etirazına səbəb olub. Mövzunu araşdıran müxbirlərimiz paytaxtın Yasamal və Nəsimi rayonlarında 12-dən çox aptekə müraciət etsələr də tibbi maska tapa bilməyiblər. Ölkədə tibbi maska qıtlığının yaşandığını hökumət nümayəndələri də bildirib. Belə ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə yaranan maska problemi ilə bağlı qeyd edib ki, ölkədə maskalar ilk növbədə, həyati əhəmiyyətli obyektlərə, təhlükəzisliyimizi təmin edən həkimlərə, xəstələrə, polislərə, gömrük işçilərinə paylanılır:

"Ölkədə maska qıtlığı məsələsi var. Ancaq bu o demək deyil ki, ölkədə maska yoxdur”.

İ.Məmmədov bildirib ki, Azərbaycanda maska istehsal edən zavodun işə başlaması ən yaxın gələcəkdə mümkün olacaq. Onun sözlərinə görə, burada maksimal gündəlik istehsal həcmi 200 min maskadır. Bundan əlavə, həmin zavodda antiseptik gellər və spirtlər də müxtəlif qablaşdırmalarda istehsal olunacaq.

 Bəs maska qıtlığı niyə yaranır?

“EDNews” mövzuyla bağlı əczaçıların fikirlərini alıb. (Qeyd edək ki, müsahiblərimizin istəyini nəzərə alaraq adlarını və işlədikləri aptekləri qeyd etmirik)

 Apteklərdən birində həmsöhbət olduğumuz əczaçının iddiasına görə, depodan aptekə həftə ərzində misalçün 2-3 min ədəd maskanın daxil olmasından məlumatlı olan hər hansı bir məmur onları müəyyən yolla mənimsəyir. Onun fikirlərinə görə maska qıtlığının əsas səbəbkarı maskaları qara bazara çıxaran məmurlardır. Onlar hər gün depodan aptekə maskaların gəldiyi vaxt adamlarını göndərir və maskalar qısa zaman içərisində tükənir.

Digər bir aptekdə çalışan əczaçının sözlərinə görə, hər gün ən yaxşı halda depodan 50 adi maska alınır və bu maskalar yarım və ya bir saat ərzində tükənir:

“Bizə xüsusi tibbi maskalar ümumiyyətlə gəlmir. Özümüzə 1 tibbi maska verilir və həmin maskadan gün boyu istifadə edirik. Qalan 49 maska təbii ki, müştərilərin tələbatını ödəməyə kifayət etmir”.

“Səhər depodan idxal olunan mal günortaya kimi bitmiş olur. Əgər bir nəfər 2 maska alırsa onun ətrafında yönləndirdiyi insanları da nəzərə alsaq bu rəqəm həndəsi silsilə ilə artaraq çox vaxt aptekdə insan sıxlığının yaranmasına səbəb olur. Adətən 20 dəqiqə ərzində 15-20 nəfər maska soruşur. Bəzi şəxslər maskanı aldıqdan sonra başqa şəxsin vasitəsilə yenidən maska əldə etməyə çalışır. Yaxın ətrafımda görürəm ki, hamı özü üçün maska tədarükü görmək istəyir, özünün maska deposunu yaradır. Vətəndaş digər vətəndaşı düşünmür”- deyə əczaçı maska qıtlığının əsas səbəbkarının vətəndaş olduğunu iddia edir.

Buradan aydın olur ki, insanlar arasında ciddi panika var. Cəmiyyət mafiyanı, məmurları ittiham edir amma maska qıtlığında sıravi vətəndaşın da günahı az deyil.

Onu da əlavə edək ki, tibbi maska hər iki saatdan bir dəyişilməlidir və buna görə də əczaçıların özlərinə 3-4 maska verilməlidir. Aptekə immuniteti zəif olan xəstələrin daha çox daxil olduğunu düşünsək aptek işçisi özü artıq virus daşıyıcına çevrilir. Buradan aydın olur ki, apteklərə, orada çalışan işçilərə heç bir nəzarət mexanizmi yoxdur.

Bundan savayı gün ərzində aptek işçiləri koronavirusa yoluxma hallarının qeydə alınmasında öz növbəsində yardımçı ola bilərlər. Bildiyimiz kimi, indiyə qədər ölkə əhalisinin bir qrup insanları arasında koronavirusa yoluxmaya görə testlər keçirilib. Lakin prosesin mürəkkəbliyini nəzərə alsaq apteklərin bu işdə passiv qalması arzuolunmazdır. Belə ki, aptek müştərilər arasında qızdırma, ağciyərdə narahatlıq, öskürək kimi simptomlarla müraciət edənləri qeydiyyata alaraq bu məlumatı Səhiyyə Nazirliyinə təqdim edə bilər. Həmin məlumatların sayəsində isə Səhiyyə Nazirliyi Daxili İşlər Nazirliyi ilə birgə iş aparıb, koronavirus simptomlarını yaşayan vətəndaşları aşkarlaya bilərlər.

Təəssüf doğuran digər bir fakt isə maska və spirtlərin, o cümlədən digər tibbi vasitələrin qiymətlərinin süni şəkildə artmasıdır. Gördüyü işdən asılı olmayaraq, hər kəs xüsusilə böhranlı vəziyyətlərdə vətəndaşın qarşısında məsuliyyətini dərk etməlidir.

“Son günlərdə sürətli qiymət artımı var. Bu vətəndaşın haqlı narazılığına səbəb olur. Yaxşı olardı ki, bunun qarşısını almaq üçün Nəzarət Komissiyası fəaliyyət göstərsin". Bunu sosioloq Zəminə Səfərova Ednews-a açıqlamasında bildirib.

“Ölkədə bir sıra dəyişikliklər baş verdi, bələdiyyə və parlament seçkiləri keçirildi. Vətəndaşın gözləntisi özünü doğrultmalıdır. QHT-ləri bu işlərə cəlb etsələr onlar hətta könüllü olaraq yaxşı işlər görə bilərlər. Bu iş təkcə dövlətin, tibb işçilərinin, polisin vəzifəsi deyil. İctimai mexanizmi gücləndirmək lazımdır”, deyə sosioloq əlavə edib.

 

Nicat İsmayılov

Gülnar Səlimova

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hamısı