Koronavirus fonunda hakerlər insanları ianə adı ilə aldatmağa çalışır | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Koronavirus fonunda hakerlər insanları ianə adı ilə aldatmağa çalışır

Cəmiyyət A- A A+

Son günlər koronavirus pandemiyası ilə əlaqədar hər kəsin internetdən kütləvi istifadə etdiyi bir vaxtda hakerlər bu fürsətdən yararlanaraq fişinq hücumları, saxta domen və məlumatlarla insanları kampaniya və ya ianə adı ilə aldatmağa çalışır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "EDNews"a verilən məlumata görə, bu səbəbdən Mərkəz pandemiya ilə əlaqədar saxta ianə, kampaniya və digər mənbəyi dəqiqləşdirilməmiş keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.

"İstifadəçilər saxta ianə və kampaniyalar barədə məlumat əldə etdikdə dərhal Mərkəzə müraciət edə bilər", - deyə Mərkəzdən bildirilib.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...